SOCAR Gürcüstanda yeni qaz kəmərləri sahəsi alıb


15:40     25 İyul 2019 19_07_25_1564054839.jpg


Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə şirkəti "SOCAR Georgia Gas" 94 qaz kəməri sahəsi alıb.


Femida.az-ın məlumatına görə, qaz kəmərləri sahəsi Gürcüstan hökumətinin qərarı ilə 8,3 milyon dollara satılıb.

Qeyd edək ki, Gürcüstanda qaz kəmərləri bütün ölkə ərazisini əhatə edir və əsas hissəsi Zestafon, Kasp və Lançxut rayonlarında yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 348