Putin də Türkiyə vətəndaşlarına vizada güzəşt etdi


15:42     25 İyul 2019 putin8.jpg

Rusiya xüsusi və xidməti pasportları olan Türkiyə vətəndaşlarına qarşı viza tətbiqini ləğv edib.


Femida.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Yeni qərara əsasən, bu kateqoriyadan olan Türkiyə vətəndaşları Rusiyaya yalnız qısa müddətli işgüzar səfərləri yox, bütün növ səfərləri vizasız həyata keçirə biləcəklər. Türkiyə də eyni imtiyazları Rusiya vətəndaşlarına şamil etməlidir.

Qeyd edək ki, bu gün Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verir. Senytabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 296