Üç nəfər birləşib qoyun oğurladı


16:45     25 İyul 2019 qoyun_010.jpg

İyulun 22-də Ağcabədi rayonu ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 18 baş qoyunu oğurlamaqda şübhəli bilinən Kəbirli kənd sakinləri E.Musayev, M.Mirzəliyev və Bakı şəhər sakini E.Abbasov Binəqədi rayonunun ərazisində tutulublar.



Femida.az xəbər verir ki, E.Abbasovun və E.Musayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 30-na keçən gecə rayon ərazisindəki daha bir evin həyətyanı sahəsindən 5 baş qoyun oğurlamaları da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 287