Müdafiə naziri təyyarə qəzası ilə bağlı müşavirə keçirdi


16:47     25 İyul 2019 2019/07/5c920-1564058094_1564059069.jpg

Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.


Femida.az

Açar sözlər:

Oxunub: 365