Neftçalada dənizdə batan 3 nəfərin meyiti tapılıb - YENİLƏNİB


17:31     25 İyul 2019 big_1404314237_bogulma.jpg

İyulun 24-də Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



Femida.az-ın xəbərinə görə, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyiti sudan çıxarılıb.

Qeyd edək ki, onlar Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində çimərkən boğulublar.

***



Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, 24.07.2019-cu il tarixində Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 802