Yeni dərs ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib


17:24     25 İyul 2019 2019/07/4c937a0c-b62b-484a-b8b5-95591023213e_1564061144.jpg


2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.


Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.

Femida.az

Açar sözlər: #dərslik  

Oxunub: 190