Turisti soyan keçmiş məhkumun məhkəməsi başlayır


18:58     25 İyul 2019 1442557655_mehkeme-zali.jpg

Qubada əcnəbi vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Rauf Tahirovun barəsindəki cinayət işinin istintaqı yekunlaşıb.



Femida.azın xəbərinə görə, cinayət işi baxılması üşün Quba Rayon Məhkəməsinə göndərilib.

Hakim İlqar Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib. Quba Rayon Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Rauf Tahirov olduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Ona Cinayət Məcəlləsinin 180.2.2 (təkrar soyğunçuluq) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 376


Oxşar xəbərlər