Şamaxıda 21 yaşlı oğlan özünü asıb


20:29     25 İyul 2019 19_07_25_1564071586.jpg

Şamaxıda intihar hadisəsi baş verib.


Femida.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 15:30 radələrində rayonun Sabir qəsəbəsindəki fermada qeydə alınıb.

Ağdaş rayon sakini, 21 yaşlı Dəyanət İsrafilov özünü kəndirlə asaraq intihar edib. Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Şamaxı  

Oxunub: 735