Azərbaycan XİN Rumıniyanın yeni xarici işlər nazirini təbrik edib


21:11     25 İyul 2019 XİN.jpg

Azərbaycanın Xarici İşlər Nazirliyi Ramona Maneskunu Rumıniyanın Xarici İşlər naziri qismində and içməsi münasibətilə təbrik edib.

Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Biz Azərbaycan və Rumıniya arasında sarsılmaz əlaqələri daha da gücləndirmək məqsədilə Ramona Manesku ilə çalışmağı səbirsizliklə gözləyirik”, - təbrikdə qeyd edilib.

Qeyd edək ki, Ramona Maneskunun andiçməsi iyulun 24-də olub.

Femida.az

Açar sözlər:

Oxunub: 405