Bakıda qətl törədən keçmiş məhkum saxlanıldı


21:23     25 İyul 2019 2019/07/58E270D4-9A42-4C21-8977-22CD5BB05A36_1564075552.jpeg

İyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş K.Abdullayev orada ölüb.

Femida.az bildirir ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 348