Bağdadda partlayış: 9 ölü


14:35     08 Noyabr 2015 150207133042_baghdad_624x351_reuters.jpg

Ötən gün İraqın paytaxtı Bağdad şəhərində üç partlayış baş verib. Nəticədə 9 nəfər ölüb, 16 nəfər yaralanıb.
Femida.az “Reuters”ə istinadən xəbər verir ki, birinci partlayış Bağdaddan 25 km. şimalda yerləşən buraxılış məntəqəsində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.
Partlayış zamanı beş qanun keşikçisi ölüb, bir mülki şəxs yaralanıb.
İkinci partlayış şəhərin şimal-qərb rayonunda qeydə alınıb. Burada iki nəfər ölüb, 9 nəfər yaralanıb. Üçüncü partlayış paytaxtın cənub hissəsində törədilib. Burada bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 768