Atəşkəs 19 dəfə pozuldu
09:31 26 İyul 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Sarıcalı, Acarlı, Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 318
Oxşar xəbərlər
- Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib
- Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ
- Atəşkəs 61 dəfə pozulub
- Atəşkəs 30 dəfə pozulub
- Atəşkəs pozuldu
- Atəşkəs rejimi 36 dəfə pozulub
- Atəşkəs rejimi 97 dəfə pozulub
- Atəşkəs rejimi 43 dəfə pozulub
- Atəşkəs 26 dəfə pozulub
- Atəşkəs rejimi 23 dəfə pozulub