Bakıda danimarkalı idmançı zədə aldı

Bakıda danimarkalı idmançı zədə aldı


10:19     26 İyul 2019 tecili.jpg

Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.

Səhiyyə Nazirliyindən Femida.az-a bildirilib ki, müraciət edənlərdən biri 16 yaşlı Danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından Kliniki Tibbi Mərkəzə çatdırılıb. İdmançıya lazımi yardım göstərildikdən sonra buraxılıb.

Digər 3 nəfər müraciət edən şəxs yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. Onların ikisi baş ağrısından, biri isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 178