Əmək Müfəttişliyi tədris mərkəzinə 20 min manat cərimə yazdı


11:31     26 İyul 2019 2019/07/0295fadd-9775-4c69-beca-424581e0ebad_1564126329.jpg


Dövlət Əmək Müfəttişliyi Xidməti “Nuray Tədris Mərkəzi" MMC-ni 20 min manat cərimə edib.

Mərkəz İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Sabunçu Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, "Nuray Tədris Mərkəzi" MMC şahmat , xarici dil, kompüter, rəqs, rəssamlıq və s. kurslar, həmçinin məktəbəqədər hazırlıq tədris edir. / Report

Femida.az

Açar sözlər: #cərimə  

Oxunub: 230