Çindən Azərbaycana gələn turistlərin sayı artır


11:53     26 İyul 2019 2019/07/cinli-turist_1564127837.jpg

"Son 2-3 il ərzində Bakıya böyük turist axını başlayıb. Tarixi yerlər, qastronomiya, əyləncə, idman və müalicə üçün də ölkəmizə gələnlər turistlərə rast gəlmək olar".

Femida.az xəbər verir ki, bunu Bakı İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib. Onun sözlərinə görə, hər il ölkəmizə gələn turistlərin sayında artım müşahidə edilir.

"Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz irəliləyiş olub. "Formula 1" yarışları zamanı 74 ölkədən 85 min qonaq ölkəmizə ziyarətə gəlmişdi".

R.Bağırov, həmçinin qeyd edib ki, Azərbaycan və Çin arasında imzalanmış memoranduma əsasən, ölkəmizə gələn çinli turistlərin sayı artır.

Femida.az

Açar sözlər:

Oxunub: 571