Sərhəddə 19 kq narkotik aşkarlandı


12:17     26 İyul 2019 2019/07/nar-(1)_1564129102.jpg

Dövlət Sərhəd Xidmətinin (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdiyi sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.


Femida.az
-ın DSX-yə istinadən məlumatına görə, iyulun 22-də Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həmçinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.

Həmin gün DSX-nın Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölmə­si­nin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hərəkətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmələrinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşyalarına baxış keçirilib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub.

Saxlanılmış şəxslərin şəxsiyyəti dəqiqləşdirilib, Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər: #Narkotik  

Oxunub: 394