Yeni Baş Nazir İstanbuldakı villasını satışa çıxardı - 550 milyona


12:22     26 İyul 2019 19_07_26_1564129389.jpg


İstanbul şəhərində Böyük Britaniyanın yeni Baş Naziri Boris Consonun ulu babası, məşhur jurnalist Əli Kamalın malikanəsi satışa çıxarılıb.


Əli Kamalın heç vaxt yaşamadığı, 23 yataq və 8 hamam otağından ibarət villa 550 milyon TL-yə (164 milyon AZN) satılır.

Bosfor boğazının sahillərində yerləşən malikanə əvvəlcə Osmanlı İmperiyasının tərkibində Balkan Döyüşlərinin və Birinci Dünya Müharibəsinin iştirakçısı olan türkiyəli marşal Zəki Paşa üçün nəzərdə tutulub. Sonradan sarayda fərqli insanlar, o cümlədən 1919-cu ilin mart-iyun aylarında Osmanlı İmperatorluğunun Daxili İşlər naziri vəzifəsini tutan türkiyəli jurnalist və siyasətçi Əli Kamal da yaşayıb.

O, ermənilərə bəslədiyi rəğbətə görə “Artin Kamal” və xain də adlandırılıb. Əli Kamal DİN rəhbəri postunda Mustafa Kamal Atatürkün də həbs əmrini verib.

Kamal türkiyəli diplomat Səlim Kuneralpa və ingilis siyasətçi Stenli Cohsonun ata babasıdır. Stenli Conson isə bu ilin 24 iyulunda İngiltərənin Baş Naziri postuna keçən Boris Consonun atasıdır.

İstanbulda satılacaq bu əmlak dünyanın ən bahalı evlərindən sayılır. Bundan əlavə, bu, Bosforun sahilindəki ən böyük malikanədir. Bina XIX əsrin ikinci yarısında Fransa əsilli türkiyəli memar Aleksandr Valleri tərəfindən tərtib edilib.

Femida.az

Açar sözlər: #Britaniya  

Oxunub: 803