Bir nəfər dənizə düşüb - FHN hadisə yerində


13:21     26 İyul 2019 big_1404314237_bogulma.jpg

Sumqayıt şəhərində bir nəfər qeyri-çimərlik (nəzarətsiz) ərazidə dənizə düşüb.


Femida.az FHN-ə istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 353