Masallıda maşınlar toqquşub - Ölən var


13:40     26 İyul 2019 1433768673_bakida-sernishin-avtobusu-yuk-mashini-ile-toqqushub.jpg

İyulun 24-də saat 18 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı qəsəbə sakini D.Məmmədovun idarə etdiyi “Mercedes”, Səmidxan kənd sakini R.Ağazadənin idarə etdiyi “VAZ-21011” və Ərkivan qəsəbə sakini S.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, qəza nəticəsində R.Ağazadənin sərnişini, 2-ci Səmidxan kənd sakini S.Manafova xəstəxanaya yerləşdirilib və iyulun 25-də orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 503