İran gəmisi Lənkəran limanı yaxınlığında qəzaya uğradı


15:49     26 İyul 2019 2019/07/255d3ae21ac6837_1564141842.jpg

Bu gün saat 14:10–da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.



Bu barədə Femida.az-a Dövlət Dəniz Agentliyindən məlumat verilib.

Bildirilib ki, qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.

Xilasetmə əməliyyatları həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 445