Rusiyada iki təyyarə toqquşdu


16:29     08 Noyabr 2015 an24.jpg


Rusiyanın Xabarovsk şəhərinin hava limanında iki təyyarə toqquşub. Femida.az-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, “Aeroflot” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsi uçuş zolağında hərəkət edərkən "AN-26" tipli təyyarənin qanadına toxunub.
Qəza nəticəsində hər iki təyyarəyə ziyan dəyib. Sərnişinlər arasında ölən və ya xəsarət alan yoxdur.
Şahidlərin sözlərinə görə, toqquşma “Boeing 777” təyyarəsinin pilotlarının günahı ucbatından baş verib. Hava limanı öz işini normal rejimdə davam etdirir. Hadisə ilə bağlı istintaq gedir.

Açar sözlər:

Oxunub: 960