Sevgilisini öldürdüyü gün ərinə “ad gününə gedirəm” deyibmiş


17:35     26 İyul 2019 19_07_26_1564148136.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən 37 yaşlı Günel Qasımovanın məhkəməsi keçirilib.


Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin icraatında olan prosesdə şahidlər dindirilib.

Polis əməkdaşı Xaliq Həbibov deyib ki, xidmətdə olduqları zaman iki nəfər onlara yaxınlaşaraq park ərazisində bir nəfərin yerə yıxıldığını gördüklərini deyib: “Elə bildim kimsə spirtli içki içən şəxsdir. Çünki adətən belə hadisələr olurdu. Ora gələndə bildik ki, ölüb, üstü qan idi. Dərhal idarəyə xəbər verdik”.

G.Qasımovanın iş yoldaşı Rəna Nəcəfova deyib ki, Günel həmin gün evdən çıxarkən həyat yoldaşına “Rənanın ad gününə gedirəm” deyib: “Mən bunu istintaq zamanı bildim”.

G.Qasımovanın həyat yoldaşı Rəhim Qasımov bildirib ki, 2004-cü ildən evli olublar: “Hadisə baş verən gün Günel mənə dedi ki, iş yoldaşı Rənanın ad gününə gedir”.

Taksi sürücüsü Abdurəhman Abdurəhmanov isə Güneli hadisə baş verən günü Yasamaldan Xırdalana apardığını təsdiqləyib.

Mərhum Ramiz Hüseynovun dostları qeyd ediblər ki, hadisədən əvvəl Ramizlə görüşüblər və o, tez-tez telefonda kiminləsə danışırmış. Onlar Ramizin Günel adlı bir qızla görüşdüyündən xəbərdar olublar.

G.Qasımova isə özünü təqsirli bilməyib və R.Hüseynovu öldürmədiyini deyib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Abşeron rayonunda baş verib. Xırdalanda yaşayan 40 yaşlı Ramiz Hüseynov parkda bıçaqlanıb və çoxlu qan itirdiyindən hadisə yerində ölüb. Onu öldürüb hadisə yerindən qaçmaqda şübhəli bilinən Günel Qasımova həbs edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 560