Şuşada 5 erməni öldü


20:55     26 İyul 2019 2019/07/C2298D08-FA48-40A9-A2A2-8D5084B25A63_1564160310.jpeg

Azərbaycanın işğal altında olan Şuşa şəhəri yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, saat 16:30 radələrində Tex kəndindən Qarabağ istiqamətində hərəkət edən “QAZ-31105” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə biri sürücü, 4-ü sərnişin olmaqla 5 nəfər hadisə yerində ölüb. Hadisə yerinə polis və təcili yardım işçiləri gəlirlər.

Avtomobil 27 yaşlı Tex sakininin adına qeydiyyatda olub.

Femida.az

Açar sözlər:

Oxunub: 455