Bakı Dəmiryolu Vağzalında uşaq itib


21:33     26 İyul 2019 vagzal-1.jpg

Bakı Dəmiryolu Vağzalında uşaq itib.

Femida.az xəbər verir ki, bu barədə uşağın valideynləri ərazidə olan polisə məlumat veriblər.

Adı Nazim olan 12-13 yaşlı uşağın valideynləri övladının saat 19:10-da Bakı Dəmiryolu Vağzalından Sumqayıta çıxan qatarda olduğunu ehtimal edirlər.

Qatarda olan növbətçi polis maşinistlə əlaqə saxlayaraq bu barədə məlumat verib, lakin qatarda aparılan axtarış zamanı uşağın orada olmadığı məlum olub.

Femida.az

Açar sözlər:

Oxunub: 502