İran gəmisinin Xəzər dənizində batma anı - VİDEO
09:54 27 İyul 2019
İyulun 26-da Xəzər dənizində İrana məxsus gəmi batıb.
Femida.az Report-a istinadən “Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlik ekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir.
Qeyd edək ki, iyulun 26-da 1Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.
Bundan başqa, əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri cəlb olunub.
Sərhəd gözətçi gəmisi və helikopterlər hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.
Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.
Gəminin xilas edilmiş heyət üzvləri Bakıya gətirilib. Heyət üzvlərindən 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır.
Gəminin batmasına səbəb kimi ağır yükün olması və fırtınalı hava şəraiti göstərilir.
Femida.az
Oxunub: 720
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək