Ölkədə 700-dən çox daun xəstəsi var


10:36     27 İyul 2019 2019/07/daun_1564209834.jpg

2018-ci ildə Azərbaycanda 110 nəfərdə ilk dəfə qoyulmuş diaqnozla daun sindromu qeydə alınıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a cavab olaraq bildirilib ki, 2018-ci ilin sonuna olan məlumata əsasən, müalicə-profilaktika müəssisələrində daun sindromu diaqnozu ilə 734 nəfər qeydiyyatda olub.

Onlardan 561 nəfəri 0-13 yaş qrupuna, 87 nəfəri 14-17 yaş qrupuna, 43 nəfəri 18-29 yaş, 43 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.

Femida.az

Açar sözlər:

Oxunub: 848