Parlamentdə dava: deputatın başı yarıldı (VİDEO)


05:37     08 Noyabr 2015 1446842745_kuzhel.jpg


Sosial şəbəkədə Ukrayna Ali Radasında baş verən davanın videosu yayılıb.

Femida.az-ın məlumatına görə, dava Xalq Cəbhəsindən olan deputat Andrey Teterukla "Batkivşina" partiyasını təmsil edən qadın deputat Aleksandra Kujel arasında olub.Parlament tribunasında mübahisə edən tərəflər daha sonra davanı spiker Vladimir Qroysmanın otağı qarşısında davam etdiriblər. Dava zamanı Andrey Teteruk Aleksandra Kujelin başına butulka vurub. Nəticədə 62 yaşlı qadin ağır zədə alıb. Bununla bağlı "Batkivşina" partiyası bəyanat yayaraq Andrey Teterukun cəzalanmasını tələb edib. Hadisə şahidlərinin bildirdiyinə görə, Teteruk Kujeli əvvəlcə təhqir edib, daha sonra isə əlindəki butulka ilə onun başına zərbə vurub.

"Batkivşina"dan olan deputatlar Teterukun öz mandatını təhvil verməsini tələb edirlər. Bu, baş verməyənədək onlar parlamentdə iştirak etməyəcəklər. Partiyanın lideri Yuliya Timoşenko insidenti pisləyərək Kujelə vurulan zərbəni "doğma anaya vurulan zərbə" ilə müqayisə edib. Digər partiyalardan olan qadın deputatlar da zərərçəkmiş qadın həmkarları ilə həmrəylik nümayiş etdiriblər.





Açar sözlər:

Oxunub: 1151