ABŞ səfiri Vəkillər Kollegiyasında olub - Fotolar


11:55     27 İyul 2019 19_07_27_1564213936.jpg


ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətini ziyarət edib, Kollegiyanın rəhbərliyi və bir sıra vəkillərlə görüşüb.

Sədr Anar Bağırov ziyarətinə görə cənab Litzenberqerə öz təşəkkürünü bildirib, daha sonra ötən dövrdə vəkilliyin inkişaf etdirilməsi üzrə görülmüş işlər, xüsusən vəkillərin sayının artırılması, onların müdafiəsi, peşəkarlığının yüksəldilməsi, Kollegiyanın beynəlxalq əlaqələrə verdiyi əhəmiyyət və bu istiqamətdə əməkdaşlıq münasibətlərinin qurulması barədə fikirlərini bölüşüb. Eyni zamanda görüşdə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş 22.02.2018-ci il tarixli Sərəncam, habelə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərman və həmin sənədlərin icrası çərçivəsində Kollegiya tərəfindən görülmüş işlər barəsində məlumat da verib.



Öz çıxışında Anar Bağırov ABŞ səfirliyinin rəsmisinin Kollegiyanı ziyarət etməsini ölkəmizdə vəkilliyin nüfuzunun artırılmasına verilmiş töhfə olaraq qiymətləndirib.

Görüşdə həmçinin gələcəkdə vəkil peşəsinin inkişaf perspektivləri, vəkilliyə qəbul prosesinin daha da sadələşdirilməsi və s. əhəmiyyət kəsb edən məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.



Daha sonra, cənab Səfir yüksək qonaqpərvəliyə və səmimi fikir mübadiləsinə görə Vəkillər Kollegiyasının rəhbərliyinə öz təşəkkürünü bildirib, Kollegiya ilə əməkdaşlıqda, ölkəmizdə vəkillik peşəsinin inkişafında, ABŞ vəkillərinin öz Azərbaycan həmkarları ilə əməkdaşlığında maraqlı olduğunu bildirib, həmçinin Səfirlik tərəfindən hazırda dəstək verilən hüquqi təşəbbüslər barədə fikirlərini səsləndirib.





Femida.az

Açar sözlər: #vəkil   #ABŞ   #səfir  

Oxunub: 1467