Ədliyyə sahəsində şikayəti olanlar, DİQQƏT! - Qəbul keçiriləcək


12:27     27 İyul 2019 19_07_27_1564216142.jpg


Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 2-də Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini Toğrul Musayev Quba şəhərində, Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.


Femida.az xəbər verir ki, qəbulda Quba rayonunda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Xaçmaz Regional Ədliyyə İdarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 17; əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-950-58-83; 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Femida.az

Açar sözlər: #qəbul   #ədliyyə  

Oxunub: 492