Mağazadan siqaret oğurlayan şəxs saxlanılıb


15:54     27 İyul 2019 ogurluq%20magaza.PNG

Salyanda mağazadan oğurluq edən şəxs saxlanılıb.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki mağazaların birindən 3130 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ərəbqardaşbəyli kənd sakini, əvvəllər məhkum olunmuş H.Zayidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 426