Göyçayda evin həyətində nəhəng ilan aşkarlandı


19:51     27 İyul 2019 2019/07/53bfc4cb-00a7-4c12-a41d-b91073b606bc_1564219930.jpg


Göyçay rayonunda nəhəng ilan evə hücum edib.


Hadisə iyulun 26-da saat 21:30 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndndə qeydə alınıb.

Belə ki, kənd sakini Cavid Həşimov həyətlərinə soxulan bir metrlik ilanı zərərsizləşdirmək üçün əvvəlcə avtomobili ilə onun üzərindən keçib. O, daha sonra çomaq vasitəsi ilə ilanı öldürüb.

C.Həşimovun sözlərinə görə, əvvəlcə zəhərli ilanı həyətlərində görüncə qorxuya düşüb. Lakin o, özünü itirməyib və ilanı öldürüb.

Femida.az

Açar sözlər: #ilan  

Oxunub: 581