Qubada Regional Mətbəx Festivalı keçirilir


13:31     27 İyul 2019 2019/07/685d3c19ab2ab5b_1564219961.jpg

Bu gün Quba şəhərində Regional Mətbəx Festivalına start verilib.

Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nizami parkında təşkil olunan festival iki gün davam edəcək.

Xaçmaz Regionla Mədəniyyət İdarəsi, Quba Destinasiya Menecmenti Təşkilatı və Kiçik və Orta Biznesin İnkişafı Agaentliyinin tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə yerli və regional icma nümayəndələrinin, region istehsaçılarının və turizm sahəsi peşəkarlarının məhsulları nümayiş olunur. Həmin məhsullar “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarda satış məqsədilə təqdim olunur.
Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “əsas səhnə” zonası, həmçinin qida, iaşə və məhsul istehsalı sahəsində çalışan mütəxəssislər üçün təlim məqsədli “Master-klasslar” ərazisi xidmət göstərir. Uşaqlar üçün isə əyləncə parkı qurulub.

İki gün ərzində milli musiqi nümunələri, rəqslər, tanınmış müğənnilərin ifaları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar qonaqların xidmətində olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 701