Həmkəndlisini sifətindən bıçaqladı


14:00     27 İyul 2019 bicaq5.jpg

İyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, E.Əliyarov xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 473