Ərdoğanın oğlu Nuru Paşanın ev-muzeyini ziyarət edib


16:37     27 İyul 2019 2019/07/1cfaa6f8-5434-45da-9d9c-bde46b618261_1564222994.jpg

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib.



Femida.az xəbər verir ki, Nuru Paşanın yaşadığı bu ev onun silahdaşlarından birinin - Nağı bəy Şeyxzamanlının evi olub. Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub.

Tanışlıq zamanı TİKA-nın gördüyü işlər barədə məlumat verilib, Qafqas İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.

Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iyulun 26-da Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında da iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 528