Gömrükdə qanunsuz içki və siqaret aşkarlanıb
14:36 27 İyul 2019
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 11 200 ədəd siqaretlərin və 10 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mercedes Benz", "Volkswagen Jetta", "Mercedes Benz 2500" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 11 200 ədəd "King" markalı siqaretlər, hər biri 1 litr olmaqla 10 ədəd "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 410
Oxşar xəbərlər
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
- Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı - VİDEO
- Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişir
- Gömrükdə külli miqdarda pirotexniki vasitələr saxlanıldı
- Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən sualların - Cavabları
- Gömrükdə külli miqdarda narkotik aşkarlandı
- Gömrükdə qaçaqmalçılığın qarşısı alındı