Azərbaycan Türkiyəyə qaz ixracını 44% artırıb


20:33     27 İyul 2019 2019/07/5b245b7b-6a3f-4e7a-a7d2-0395b473658f_1564238641.jpg


Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 3 759,1 mln. kubmetr təbii qaz ixrac edilib.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu ilin beş ayında ixrac edilən qazın həcmi ötən ilin müvafiq dövründən 43,7% çoxdur.

Cari ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 808,36 mln. kubmetr, fevral ayında 683,23 mln. kubmetr, mart ayında 772,64 mln. kubmetr, aprel ayında 724,88 mln. kubmetr, may ayında isə 770 mln. kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Femida.az

Açar sözlər: #neft  

Oxunub: 430