Şəki sakini pilləkəndən yıxılıb öldü


21:04     27 İyul 2019 19_07_27_1564243844.jpg

Şəkidə 83 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Bu gün günorta saatlarında rayonun Bideyiz kənd sakini, 1936-cı il təvəllüdlü Əlövsət Şirəli oğlu Həmidov döş qəfəsinin qapalı küt travması, döş qəfəsinun sağ hissəsində 1,2,3,4,5, sol hissəsində isə 6,7,8 və 9-cu qabırğaların sınığı və bel fəqərəsinin sınığı dioqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı 83 yaşlı Ə.Həmidovun yaşadığı evdə pilləkəndən yıxıldığı məlum olub.

Aparılan tibbi yardımlara baxmayaraq, Ə.Həmidov aldığı xəsarətlərdən saat 18 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 522