Gürcüstanın sabiq müdafiə naziri həbs olunub


22:36     27 İyul 2019 19_07_27_1564256274.jpg

Gürcüstanın keçmiş müdafiə naziri, müxalif “Qalib Gürcüstan” siyasi hərəkatın lideri İrakli Okruaşvili ilə bağlı həbs qətimkan tədbiri seçilib.

Femida.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

İ.Okruaşvilinin vəkili onun 10 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.

Qeyd edək ki, sabiq nazir Tbilisidə iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur. Günahı sübuta yetiriləcəyi təqdirdə onu dörd ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Femida.az

Açar sözlər:

Oxunub: 415