Bir ailənin 3 üzvü yaralandı - Hacıqabulda


20:59     08 Noyabr 2015 295dd1f2b066fcfa9052288db2fd7525.jpg

Hacıqabulda baş verən yol qəzasında bir ailənin 3 üzvü yaralanıb.


Bu gün saat 13.45 radələrində Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində yol qəza hadisəsi qeydə alınıb.

İmişli rayon sakininin idarə etdiyi “Mercedes” markalı avtomobili yoldan çıxararaq aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır

Açar sözlər:

Oxunub: 905