Qadın başı tikilmiş kişi cəsədi tapıldı


13:18     28 İyul 2019

ABŞ-ın Arizona əyalətində FBİ agentləri qadın başı tikilmiş kişi cəsədi tapıb.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, bioloji qaynaqlar mərkəzində aparılan yoxlama zamanı üzə çıxıb.

Bundan başqa soyuducularda insan qolları, ayaqları və kişi cinsiyyət orqanları aşkarlanıb.

Qeyd edək ki, bir neçə şəxs yaxınlarının cəsədini elmi araşdırmalar üçün sözügedən quruma bağışlayıb. Ancaq sonradan bioloji qaynaqlar mərkəzi tərəfindən bağışlanmış cəsədlərin orqanlarının satıldığı üzə çıxıb.. Bu səbəbdən 33 nəfər mərkəzlə bağlı şikayət edib.

Açar sözlər:

Oxunub: 492