Sivasda Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər


13:35     28 İyul 2019 2019/07/895d3d678a21cef_1564306698.jpg

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttində yükdaşımalar ilə əlaqədar Türkiyənin Sivas vilayətində Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər.

Femida.az-ın məlumatına görə, bu barədə TÜDEMSAŞ-ın (Türkiyə Dəmiryolu Makinaları Sənayesi Anonim Şirkəti) baş direktoru Məhmət Başoğlu məlumat verib.

Baş direktor hazırda bununla əlaqədar Azərbaycan tərəfilə müzakirə aparıldığını açıqlayıb. Türkiyə və Azərbaycan arasında dəmir yolları xətləri fərqli olduğundan 2 vaqon nümunəsi hazırlanıb və testdən keçiriləcək. Razılaşma əldə olunarsa, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə imzalanacaq müqavilə çərçivəsində 36 milyon dollar dəyərində 600 vaqon istehsal olunacaq.

TÜDEMSAŞ-ın baş direktoru hazırda BTQ dəmiryolunda şirkətin 150 yük vaqonu ilə yük daşındığını da nəzərə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 420