Bu malların aksiz dərəcələri endirildi - Qərar


13:43     28 İyul 2019 2019/07/40791-1564301228_1564307097.jpg

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.


Femida.az xəbər verir ki, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Qüvvədə olan qərara görə, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 516