Azərbaycan yığması Avropanın ən güclüsü oldu


17:08     28 İyul 2019 19_07_28_1564323027.jpg

Azərbaycanın cüdo idman növü üzrə paralimpiya yığması Avropa Çempionatının komanda yarışlarında birici yeri qazanıb.

Femida.azAzərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız komanda yarışlarında Türkiyəni 5-1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda Rusiya yığmasını 4-3 hesabı ilə məğlub edən cüdoçularımız finalda yarışmaq şansı qazanıblar. Finalda isə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (İBSA) yığma komandası ilə görüşüb. Azərbaycan komandası İBSA yığmasını 6-0 hesabı ilə məğlub edərək birinci yerə layiq görülüb.

Azərbaycan yığması adından tatamiyə çıxan idmançılarımız İlham Zəkiyev (+100), Hüseyn Rəhimli (-81kq), Bayram Mustafayev (66kq), Dürsədəf Kərimova (+70kq), Xanım Hüseynova (63 kq) və Səbinə Abdullayeva (-52) olub.

Beləliklə komanda yarışlarında Azərbaycan yığması birinci, İBSA yığması ikinci yerə layiq görülüb. Rusiya və Gürcüstan yığmaları isə çempionatın bürünc medalı ilə kifayətlənməli olublar.

Xatırladaq ki, Azərbaycanın Cüdo Üzrə Paralimpiya Milli Komandası Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Avropa Çempionatında iştirak edir.

Femida.az

Açar sözlər:

Oxunub: 495