Ağstafada maşın dərəyə aşıb - Yaralılar var


18:50     28 İyul 2019 19_07_28_1564325569.jpg

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

Femida.az-ın Report-a istinadən məlumatına görə, rayonun Dağ Kəsəmən kəndi ilə hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 470