İranda ton yarım narkotik aşkarlandı
21:11 28 İyul 2019
İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində 1,6 ton narkotik aşkarlanıb.
Femida.az-ın məlumatına görə, bunu İranın Simnan vilayəti hüquq-mühafizə orqanının polis rəisi polkovnik Abdulla Həsəni polis informasiya agentliyinə açıqlamasında deyib.
A.Həsəninin sözlərinə görə, məlumatlar əsasında narkotik qaçaqçıları böyük bir narkotik yükü İranın mərkəzinə nəql etməyə çalışıblar.
Həsəni əlavə edib ki, bununla əlaqədar Simnan və Sistan və Bəluçestan vilayəti polis əməkdaşları birgə əməliyyat keçirib.
Həsəni İranın Pakistanla sərhəd rayonunda Səravanda narkotik qaçaqmalçıları ilə silahlı insidentin baş verdiyini deyib.
Polis rəisi bildirib ki, qaçaqmalçılar gecənin qaranlığından istifadə edərək Pakistana qaçıblar.
“Toyota markalı avtomobildə 1,58 ton tiryək, 18 kq heroin, 1 ədəd Kalaşnikov markalı avtomat və müəyyən qədər sursat aşkarlanıb” - deyə o qeyd edib.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranda yaşayış binasında partlayış olub, ölənlər var
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İranda partlayış baş verib, ölənlər var
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub