Almaniya hansı ölkələri gizli dinləyir?


20:29     08 Noyabr 2015 almanya-da-abdyi-dinlemis77464ae4993f1af2d839.jpg

Almaniya Federal Kəşfiyyat İdarəsinin (BND) qonşu ölkələri müntəzəm olaraq gizli dinləməsi ilə bağlı məlumat yayılıb.


Femida.az xəbər verir ki, bu iddianı məşhur “Şpigel” jurnalı irəli sürüb.

Qeyd edilib ki, Almaniyanın xüsusi xidmət orqanları ABŞ, Danimarka və Polşa Daxili İşlər Nazirliklərini və BMT-nin Nyu York nümayəndəliyində çalışan əməkdaşların danışıqlarını gizli şəkildə dinləyib.

Eyni zamanda kəşfiyyat idarəsi yalnız dövlət qurumlarını deyil, “Ka İnternəşnl”, “Oksfam” və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi nüfuzlu təşkilatların apardığı danışıqları da casus şəbəkəsi vasitəsilə dinləyib.

Qeyd edək ki, oxşar iddia bir müddət əvvəl də yayılmışdı. O zaman Almaniya kansleri Angela Merkel bu iddialara “dost ölkələr arasında gizli dinləmə olmaz”, - deyə cavab vermişdi.

Açar sözlər:

Oxunub: 932