Məmmədyarovdan növbəti qələbə


09:46     29 İyul 2019 19_07_29_1564379207.jpg


Fransanın paytaxtı Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin oyunları davam edir.


Femida.az xəbər verir ki, Azərbaycanı nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov rapid yarışlarının 3 turunda mübarizə aparıb. Şahmatçımız dördüncü turda rusiyalı Yan Nepomnyaşini, altıncı turda hollandiyalı Aniş Girini məğlub edib. Məmmədyarov beşinci turda polşalı Kriştov Dudaya uduzub.

Qeyd edək ki, Azərbaycan şahmatçısının aktivində 5 xal var. Fransalı Maksim Vaşe-Laqrav 9 xalla turnir cədvəlinin lideridir.

Femida.az

Açar sözlər: #qələbə  

Oxunub: 352