Fransalı nazir bu gün Bakıya gəlir - Prezidentlə görüşəcək


10:17     29 İyul 2019 19_07_29_1564381283.jpg

Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire iyulun 29-da Bakıya səfər edəcək.

Bu barədə Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayib. Bildirilib ki, fransalı nazir bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevlə, daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşəcək.
Bundan əlavə, Maliyyə naziri və Fransa-Azərbaycan birgə komissiyasının rəhbəri Samir Şərifov ilə də görüş nəzərdə tutulub. Görüşlərdə iki ölkə arasında qarşılıqlı əlaqələr, həmçinin Fransa şirkətləri ilə iqtisadi əməkdaşlıq layihələri müzakirə ediləcək.

Qeyd edək ki, Samir Şərifov fransalı həmkarını 2018-ci ilin noyabrında Parisdə baş tutan ilk görüş zamanı Bakıya dəvət etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 461