Sərkisyanın iqamətgahı qarşısında aksiya (VİDEO)


21:07     19 May 2015 1432033465.jpg

Ermənistanda “Nairit” zavodunun işçiləri Hökumət evinin qarşısında iki günlük oturaq aksiyadan sonra bu dəfə Prezident Serj Sərkisyanın rezidensiyasının qarşısında toplaşıblar.


Femida.az xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrində məlumat yayılıb.

Aksiya iştirakçıları əmək haqlarının ödənməsini və zavodun yenidən fəaliyyətə başlamasını tələb ediblər.

Qeyd edək ki, Ermənistanın energetika naziri zavodun yenidən fəaliyyətə başlaması üçün 300 milyon dollara ehtiyac olduğunu, bunun isə onlara sərf etmədiyini açıqlayıb.


Açar sözlər:

Oxunub: 546