Myanmada tarixi seçkilər keçirilir


20:40     08 Noyabr 2015 0a708dd9-8123-4d60-b034-d20367c71c10.jpg

Myanmada son 25 ilin ilk parlament seçkiləri keçirilir.


Femida.az-ın verdiyi məlumata əsasən, 32 milyon vətəndaşın səsvermə hüququna malik olduğu ölkədə 664 mandat uğrunda 6 mindən çox namizəd mübarizə aparır.

Seçki müddətində asayişi 40 minə yaxın polis əməkdaşı qoruyacaq.

1962-ci ildən hərbi diktaturanın hökm sürdüyü Myanmada səsvermə prosesini 10 mindən çox müşahidəçi izləyir.

Açar sözlər:

Oxunub: 763